Azərbaycan çempionatının oyunu yarımçıq dayandırılıb
Tarix: 20-02-2020 18:24 | Bölmə: İdman
Azərbaycan çempionatının oyunu yarımçıq dayandırılıb

Futzal üzrə Yüksək Liqada XV turun "Marafon"-"Araz" oyunu yarımçıq dayandırılıb.

Azərbaycan Futzal Federasiyasının məlumatına görə, hadisəyə “Marafon” komandasının görüşün 26:09 dəqiqəsində hakimin qərarına etiraz edərək meydanı tərk etməsi səbəb olub. Bunu əsas gətirən referilər görüşü dayandırıb.

Sonrakı dəqiqədə "Marafon" komandası oyunu davam etdirmək istəsə də, bu dəfə "Araz" klubu hakimlərin matçı bitirdiyini bildirərək meydana geri dönməkdən imtina edib.

Məsələ ilə bağlı İntizam Komitəsi qərar verəcək.

Qeyd edək ki, görüşü futzal üzrə FIFA referisi Hikmət Qafarlı idarə edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}