Bəhreyn Qran-prisi azarkeşsiz keçiriləcək
Tarix: 09-03-2020 14:19 | Bölmə: İdman
Bəhreyn Qran-prisi azarkeşsiz keçiriləcək

"Formula-1" üzrə Bəhreyn Qran-prisi koronavirus epidemiyasına görə azarkeşsiz keçiriləcək.

Bu barədə Qran-pri rəhbərliyi açıqlama yayıb.

Bildirilib ki, bu addım virusun yayılmasının qarşısını almaq məqsədilə atılıb: "Beynəlxalq tərəfdaşlarla məsləhətləşmədən sonra Qran-prinin azarkeşsiz keçirilməsi qərara alındı. Koronavirusun davamlı yayıldığını nəzərə alsaq, bu vəziyyətdə beynəlxalq idman tədbirini azarkeşlərin iştirakı ilə təşkil etmək səhv addım olardı".

Qran-prinin televiziya vasitəsilə yayımında isə hər hansı dəyişikliyin olmayacağı bildirilib.

Qeyd edək ki, "Formula 1" üzrə dünya çempionatının ikinci mərhələsi olan Bəhreyn Qran-prisi 20-22 martda keçiriləcək. Azərbaycan Qran-prisi isə 5-7 iyunda olacaq. Mövsümə 27-29 noyabrda Birləşmiş Ərəb Əmirliklərində baş tutacaq Abu-Dabi Qran-prisi ilə yekun vurulacaq.

Xatırladaq ki, 17-19 apreldə keçirilməli olan Çin Qran-prisi koronavirusa görə təxirə salınıb.




Bölməyə aid digər xəbərlər
16-01-2025, 16:26 Rafael Ağayev istefa verib
22-12-2024, 15:57 "Sabah" "Şamaxı"ya uduzub