16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Hasan Şaş "Qalatasaray"dakı vəzifəsindən istefa verib
Tarix: 11-05-2020 17:45 | Bölmə: İdman
Hasan Şaş "Qalatasaray"dakı vəzifəsindən istefa verib

Türkiyənin "Qalatasaray" klubunun məşqçisi Hasan Şaş istefa verib.

Məlumata görə, İstanbul təmsilçisində Fatih Terimin köməkçisi olan 44 yaşlı mütəxəssis sosial şəbəkədə öz istəyi ilə komandadan ayrıldığını yazıb.

Qeyd edək ki, Hasan Şaş 2018-ci ildən "Qalatasaray"da işləyir. O, daha öncə 2011 - 2013-cü illərdə köməkçi məşqçi olub.

Sabiq yarımmüdafiəçi 1998 - 2009-cu ildə klubun formasını geyinib. Hasan Şaş 5 dəfə Türkiyə çempionluğu ilə yanaşı, UEFA Kuboku (hazırkı Avropa Liqası) və UEFA Super Kubokunun qalibi olub/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}