Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti koronavirusdan ölüb
Tarix: 13-05-2020 11:04 | Bölmə: İdman
Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti koronavirusdan ölüb

Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti Maqomed Aliomarov vəfat edib.

Reyting.az
apasport-a istinadla xəbər verir ki, bunu Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili bildirib.

Onun sözlərinə görə, qadınlardan ibarət Rusiya millisinin çalışdırıcısı koronavirusun səbəb olduğu xəstəlikdən ölüb:

“Bəli, koronavirus. İnanmaq istəmirəm. O qədər planlar, o qədər vəzifələr, o qədər enerji var idi. O, ətrafında bütün qızları toplamışdı”.

Aliomarov mayın 13-də 67 yaşında vəfat edib. Azərbaycandan ayrıldıqdan sonra 2019-cu ildən Rusiya yığmasını çalışdırırdı.

Qeyd edək ki, mütəxəssis 2011-15-ci illərdə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi olub. 2015-18-ci illərdə isə AGF-in vitse-prezidenti vəzifəsini icra edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}