FİFA qadın futbolçuları zorlayan federasiya prezidentini cəzalandırıb
Tarix: 26-05-2020 13:45 | Bölmə: İdman
FİFA qadın futbolçuları zorlayan federasiya prezidentini cəzalandırıb

Haiti Futbol Federasiyasının prezidenti Yves Jan-Bart 90 gün müddətinə vəzifəsindən uzaqlaşdırılıb.

Məlumata görə, buna səbəb onun qadın futbolçuları təcavüz etməsi iddiasının ortaya atılmasıdır.

Jan-Bart Haitinin qadınlardan ibarət millisinin bir neçə oyunçusunu zorlamaqda ittiham olunur. Hazırda bununla bağlı istintaq davam etdirilir. FİFA da istintaq müddətində onun səlahiyyətlərini yerinə yetirməməsini məqsədəuyğun bilib. Jan-Bart qarşıdakı 3 ay ərzində prezidentlik vəzifəsini icra edə bilməyəcək.

Qeyd edək ki, Yves Jan-Bart 20 ildir Haiti Futbol Federasiyasına rəhbərlik edir/APA




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər