07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Canni De Byazi "Qarabağ"ın sabiq futbolçusu Aqollini də yığmaya gətirəcək
Tarix: 11-07-2020 11:01 | Bölmə: İdman
Canni De Byazi "Qarabağ"ın sabiq futbolçusu Aqollini də yığmaya gətirəcək

Azərbaycan milli komandasının yeni baş məşqçi təyin ediləcəyi gözlənilən Canni De Byazinin köməkçilərindən biri müəyyənləşib.

İtaliya və Albaniya mətbuatı iddia edir ki, 64 yaşlı mütəxəssis Albaniya millisindən yaxşı tanıdığı, "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqollini də yığmaya gətirir. Hazırda ABŞ-ın "Nyu-York Kosmos" klubunda çıxış edən 38 yaşlı müdafiəçinin məşqçilər korpusunda olacağı bildirilir.

Xatırladaq ki, Aqolli bir müddət, o cümlədən 2016-cı il Avropa çempionatı qarşılaşmalarında Albaniya millisinin kapitanı olub.

Qeyd edək ki, 2012-2019-cu illərdə "Qarabağ"da çıxış etmiş Ansi Aqolli ötən mövsüm ABŞ klubu ilə səviyyəcə dördüncü sayılan Milli Premyer Liqada (NPSL) çempion olub. O, ötən ay klubu ilə başa çatan müqaviləsinin müddətini 1 il uzadıb.

Qeyd edək ki, AFFA Canni De Byazi ilə 1,5 illik müqavilə imzalayacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}