Çempionlar Liqasında 2020/2021 mövsümü başlayıb - Yenilənib
Tarix: 09-08-2020 00:08 | Bölmə: İdman
Çempionlar Liqasında 2020/2021 mövsümü başlayıb

UEFA Çempionlar Liqasında 2020/2021 mövsümünə start verilib.

Reyting.az
xəbər verir ki, ilkin təsnifat mərhələsində iki qarşılaşma olub. İsveçrənin Nyon şəhərindəki "Colovray Sports Centre"də meydana əvvəlcə San Marinonun "Tre Fiori" və Şimali İrlandiyanın "Linfild" komandaları çıxıb. Görüş "Linfild"in qələbəsi ilə başa çatıb - 2:0. Qolları Bastien Heri və Kristi Manzinqa vurub.

Gecənin digər görüşündə Kosovo "Drita"sı Andorranın "İnter Eskaldes" klubu ilə qarşılaşıb. Bu oyunun qalibi "Drita" olub. Hesabı 21-ci dəqiqədə Cevdet Şabani açıb. 29-cu dəqiqədə Emil Qarsia bərabərlik qolunu vurub. Lakin 45+3-cü dəqiqədə Hamdi Namani yekun nəticəni müəyyənləşdirib - 2:1.

Beləliklə, avqustun 11-də "Drita" ilə "Linfild" üz-üzə gələcək. Bu görüşün qalibi isə birinci təsnifat mərhələsinə yüksələcək.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər