Azərbaycanın 4 komandası qarşılaşıb
Tarix: 20-09-2020 23:04 | Bölmə: İdman
Azərbaycanın 4 komandası qarşılaşıb

Bu gün Azərbaycan Premyer Liqasında 3-cü tura yekun vurulub.

Son oyun günündə iki görüş keçirilib. "Zirə" öz meydanında "Sabah"ı qəbul edib. Oyun qonaqların qələbəsi ilə başa çatıb - 2:0. "Sabah" bu qələbə ilə xallarını altıya çatdıraraq lider olub.

Turun mərkəzi oyunu isə Suraxanıda keçirilib. "Azərsun Arena"da baş tutan oyunda "Qarabağ" əzəli rəqibi "Neftçi"ni qəbul edib. Qarşılaşma "ağ-qaralar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

20 sentyabr

20:15. “Qarabağ” – “Neftçi” - 1:2

Qol: Ovusu Kvabena, 10 (1:0), Voislav Stankoviç, 12 (1:1), Namiq Ələsgərov, 68 (1:2)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov

“Azərsun Arena”.

18:00. “Zirə” – “Sabah” - 0:2

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Nicat İsmayıllı

Qol: Xulio Sezar Rodriges, 51, Kevin Kubemba, 90+2

Zirə İdman Kompleksinin stadionu.

19 sentyabr

"Sumqayıt" - "Səbail" 2:1

"Qəbələ" - "Keşlə" 0:0.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}