16:39 / 28-11-2024
Sabah qar yağacaq
İdmançımız beynəlxalq yarışda rəqiblərini məğlub edib
Tarix: 14-02-2017 12:41 | Bölmə: İdman / Xəbərlər

Türkiyənin Antalya şəhərində taekvondo üzrə G2 kateqoriyalı "Turkish Open” beynəlxalq turniri davam edir.

Reyting.az apasport.az saytına istinadən xəbər verir ki, yarışın 3-cü günü böyüklərin mübarizəsinə start verilib.

Yeniyetmə və gənclərin duelində 7 (1-3-3) medal qazanan Azərbaycan millisinin mükafatları sırasına daha ikisi əlavə olunub. Belə ki, Reza Mehmandostun yetirmələrindən olan təmsilçimiz Mikayıl Əliyev (54 kq) yarışın bürünc medalı ilə kifayətlənib.

68 kq çəki dərəcəsində Sina Bəhrami isə bütün rəqiblərini məğlub edərək"Turkish Open”-nin qalibi adına layiq görülüb.

Qeyd edək ki, yarışa bu gün yekun vurulacağı gözlənilir.

 





Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib
26-11-2024, 21:38 Ordubadda zəlzələ olub

bütün xəbərlər