14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
"Neftçi" "Sabah"la matçına itkilərlə çıxacaq
Tarix: 16-10-2020 14:03 | Bölmə: İdman
"Neftçi" "Sabah"la matçına itkilərlə çıxacaq

"Neftçi" komandası Azərbaycan Premyer Liqasında VI turun "Sabah"la matçına itkilərlə çıxacaq.

Paytaxt təmsilçisinin aparıcı futbolçularından hesab edilən Stiven Monrozun zədəsi hələ sağalmayıb.

30 yaşlı fransalı hücumçunun müalicəsi davam edir. Monrozdan əlavə, qapıçı Səlahət Ağayevin də xidmətindən yararlanmaq mümkün olmayacaq. Əsas heyətdəki yerini itirən 29 yaşlı qolkiper də zədəlidir.

Qeyd edək ki, oktyabrın 18-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Sabah" matçı saat 14:00-da başlayacaq. Stiven Monroz son olaraq Premyer Liqanın II turunda evdə "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları görüşdə meydanda olub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}