21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Teymur Rəcəbov Levon Aronyanla heç-heçə oynayıb
Tarix: 27-12-2020 23:58 | Bölmə: İdman
Teymur Rəcəbov Levon Aronyanla heç-heçə oynayıb

Onlayn blits şahmat üzrə “Airthings Masters” turniri davam edir.

Məlumata görə, yarışda iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov yarışın ikinci günündə 4 qarşılaşma keçirib.

Aleksandr Qrişuk (Rusiya), Hikaru Nakanura (ABŞ) və Yan Nepomnyaşi (Rusiya) ilə heç-heçə edən Teymur günün son matçında erməni Levon Aronyanla görüşüb. Ağ fiqurlarla oynayan qrossmeysterimiz yarım xalla kifayətlənib.

Bir gün əvvəl Danil Dubov (Rusiya), Maqnus Karlsen (Norveç) və Aniş Giri (Niderland) ilə heç-heçə edib, David Quijarronu (İspaniya) məğlubiyyətə uğradan Rəcəbov bununla da xal hesabını 4,5-ə çatdırıb. O, yarışın iki günündən sonra 4-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, iki mərhələdən ibarət yarışda 12 şahmatçı mübarizə aparır. Dairəvi sistemdə keçirilən ilk mərhələdə “səkkizlik”də qərarlaşanlar növbəti raunda adlayacaqlar. Turnir 2021-ci il yanvarın 3-də başa çatacaq/ApaSport




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər