12:34 / 08-09-2025
Sabah yağış yağacaq
Avropa liderləri müharibəyə son qoymaq üçün ABŞ-a gedir
Tarix: 08-09-2025 10:51 | Bölmə: Slayd
Avropa liderləri müharibəyə son qoymaq üçün ABŞ-a gedir

Avropa ölkələrinin liderləri Ukrayna-Rusiya müharibəsinə son qoymağın yolunu tapmaq üçün bu gün ABŞ-a səfər edəcəklər.

Reyting.az
xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Nyu-Yorkda keçirilən “US Open” turnirindən qayıtdıqdan sonra jurnalistlərə açıqlamasında deyib.

“Avropanın bəzi liderləri bazar ertəsi və ya çərşənbə axşamı fərdi qaydada ölkəmizə gələcəklər”, - deyən dövlət başçısı konkret kimi nəzərdə tutduğunu açıqlamayıb.

Prezident əlavə edib ki, Rusiya və Ukrayna arasındakı müharibədən çox narahatdır.

Eyni zamanda Tramp müharibənin tezliklə bitəcəyini bir daha vurğulayıb.

“Çox yaxında, yaxın günlərdə Putinlə danışacam. Biz Rusiya ilə Ukrayna arasında vəziyyəti nizamlayacağıq. Əminəm ki, biz bunu edəcəyik”, - Ağ evin rəhbəri bildirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər