12:34 / 08-09-2025
Sabah yağış yağacaq
İstirahət mərkəzində yanğın olub - Fotolar
Tarix: 08-09-2025 09:54 | Bölmə: Xəbərlər
İstirahət mərkəzində yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi ərazisində yerləşən istirahət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

Reyting.az
xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin həyata keçirdiyi zəruri və təxisalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 500 m² olan obyektin yanar konstruksiyaları 350 m² sahədə yanıb.

Obyektin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.







Bölməyə aid digər xəbərlər