12:34 / 08-09-2025
Sabah yağış yağacaq
Qazaxıstanda süni intellekt nazirliyi yaradılacaq
Tarix: 08-09-2025 10:27 | Bölmə: Xəbərlər
Qazaxıstanda süni intellekt nazirliyi yaradılacaq

Qazaxıstan üç il ərzində rəqəmsal gücə çevrilmək istəyir. Bu məqsədlə respublikada süni intellekt nazirliyi də yaradılacaq.

Reyting.az
xəbər verir ki, bunu Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev xalqa müraciəti zamanı deyib.

Prezident bildirib ki, süni intellektin inkişafı ilə ciddi məşğul olmağın vaxtı çatıb. Onun sözlərinə görə, bunun üçün bu sahədə bütün məsələlərə nəzarət edəcək ayrıca nazirlik yaratmaq lazımdır.

Tokayev Rəqəmsal Məcəllənin qəbulunun sürətləndirilməsinə də göstəriş verib.

ELÇİN




Bölməyə aid digər xəbərlər