12:34 / 08-09-2025
Sabah yağış yağacaq
Avropa Afrikada böyük layihəyə start verir
Tarix: 08-09-2025 11:39 | Bölmə: İqtisadiyyat
Avropa Afrikada böyük layihəyə start verir

Mərakeşin Atlantik sahillərində iddialı enerji layihəsinə start verilir. Bu layihə çərçivəsində hər il 200 min tona qədər yaşıl hidrogen və ammonyak hasilatı planlaşdırılır.

Reyting.az
“Ekoticias”a istinadla bildirir ki, söhbət hidrogen və ammonyak istehsalı üçün nəzərdə tutulan Xbika Yaşıl Hidrogen və Ammonyak Zavodundan gedir.

Günəş və külək enerjisindən istifadə etməklə dəniz suyundan əldə olunan hidrogen əsasında yaşıl ammonyak istehsalı planlaşdırılır. Tikiləcək güclər ən azı 1 QVt elektrik enerjisi istehsal edəcək.

Mərakeşin İnvestisiya Nazirliyi, MASEN agentliyi, həmçinin beynəlxalq tərəfdaşlar, o cümlədən “TotalEnergies”, “Copenhagen Infrastructure Partners” və A.P.Moller Capital prosesə qoşulub. Elektrik stansiyalarının tikintisi üçün 300 min hektardan çox torpaq sahəsi ayrılıb.

Bu təşəbbüs Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb edir, çünki o, əvvəllər Avropa ehtiyaclarının təxminən 40 faizini təmin edən Rusiya qazından asılılığı azaltmağa imkan verir. Qeyd olunur ki, Mərakeşdən gələn yaşıl ammonyak enerji, nəqliyyat və kənd təsərrüfatı sektoru üçün, xüsusən də karbonsuz yanacaq və gübrə kimi ixrac məhsuluna çevriləcək.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər