21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Superliqanın 15-ci turu yekunlaşıb
Tarix: 30-12-2020 00:15 | Bölmə: İdman
Superliqanın 15-ci turu yekunlaşıb

Türkiyə Superliqasında 15-ci tur başa çatıb.

Reyting.az
xəbər verir ki, son oyun günündə bir görüş keçirilib.

"Antalyaspor" öz meydanında "Hatayspor”u qəbul edib. Qonaqlar səfər oyununda 6 cavabsız qolla qalib gəlib. Hataylıların heyətində Aron Salem Bupendza pokerə imza atıb.

Qeyd edək ki, növbəti turun oyunları 2021-ci il yanvarın 2-4-də keçiriləcək.

29 dekabr

Türkiyə Superliqası, 15-ci tur

“Antalyaspor” – “Hatayspor” – 0:6
Qollar: Bupendza, 8, 17, 21, 45, David, 35, Aydın, 90.

Bu nəticədən sonra "Hatayspor" 24 xalla 6-cı, "Antalyaspor" 17 xalla 15-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 29 xalla "Qalatasaray" başçılıq edir.(Qol.az)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər