Premyer Liqada 16-cı yeri tutan klubu satıblar
Tarix: 31-12-2020 22:11 | Bölmə: İdman
Premyer Liqada 16-cı yeri tutan klubu satıblar

İngiltərə Premyer Liqa klubu “Bernli”nin sahibi dəyişib.

Reyting.az
xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Məlumata görə, “Bernli”nin idarəetmə payının 84 faizi ABŞ-ın “ALK Capital” şirkətinin idman investisiya qolu olan “Velocity Sports Partners”ə (VSP) satılıb.

Artıq İngiltərə Premyer Liqası sövdələşməni təsdiq edib.

Qeyd edək ki, “Bernli” hazırda Premyer Liqada 16-cı yeri tutur.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}