Serxio Ramos PSJ ilə razılıq əldə edib
Tarix: 02-01-2021 14:54 | Bölmə: İdman
Serxio Ramos PSJ ilə razılıq əldə edib

İspaniyanın "Real Madrid" klubunun kapitanı Serxio Romas karyerasını Fransada davam etdirə bilər.

"Todofichajes" nəşri xəbər verir ki, 34 yaşlı müdafiəçi PSJ ilə razılıq əldə edib.

İspaniyalı futbolçunun yayda Paris təmsilçisi ilə 3 illik müqavilə imzalayacağı gözlənilir. "Kral klubu"nun Ramosa 1 illik sözləşmə təklif etdiyi, lakin təcrübəli oyunçunun razılaşmadığı iddia edilir.

Qeyd edək ki, Serxio Ramosun "Real Madrid"lə müqaviləsi bu ilin yayında başa çatacaq. O, 2005-ci ildən Madrid klubunun formasını geyinir/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}