26 yaşlı futbolçumuz Polşa klubunda oynayacaq
Tarix: 15-02-2021 23:02 | Bölmə: İdman
26 yaşlı futbolçumuz Polşa klubunda oynayacaq

Azərbaycanın U-21 millisinin sabiq futbolçusu, 2011-2019-cu illərdə "Keşlə"də çıxış edən Fuad Bayramovun yeni klubu müəyyənləşib.

Reyting.az
xəbər verir ki, bu barə Qol.az-a açıqlamasında 26 yaşlı yarımmüdafiəçi özü danışıb. O, karyerasını Polşada davam etdirəcəyini, 3-cü liqa təmsilçilərindən "Ostroveç-Şventokşisi" ilə razılaşdığını bildirib. Oyunçu klubla 1 illik müqavilə imzaladığını deyib.

Qeyd edək ki, ötən aydan bu komandanın düşərgəsində olan Fuad bir neçə yoxlama oyununa da çıxıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}