Avropa Liqası: "Dinamo Kiyev" "Brügge" ilə sülhə razılaşıb
Tarix: 18-02-2021 21:04 | Bölmə: İdman
Avropa Liqası: "Dinamo Kiyev" "Brügge" ilə sülhə razılaşıb

UEFA Avropa Liqasında 1/16 final mərhələsinə start verilib.

Məlumata görə, açılış oyunu Ukraynanın paytaxtı Kiyevdə "Dinamo" ilə Belçika "Brügge"si arasında keçirilib.

Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı 62-ci dəqiqədə meydan sahiblərindən Mixail Buyalski açıb. Bundan 5 dəqiqə sonra Brendon Mexele bərabərlik qolunu vurub. Cavab görüşü fevralın 25-də keçiriləcək.

Qeyd edək ki, 1/16 final mərhələsinin daha 8 oyunu Bakı vaxtı ilə saat 21:55-də, 7 qarşılaşması isə gecəyarısı başlanacaq/Report.




Bölməyə aid digər xəbərlər
23-03-2025, 00:24 Azərbaycan millisi uduzub