16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
"Qarabağ" "Sumqayıt"la oyunda da xal itirib
Tarix: 19-02-2021 20:43 | Bölmə: İdman
"Qarabağ" "Sumqayıt"la oyunda da xal itirib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.

Məlumata görə, "Qarabağ" Sumqayıtda eyniadlı komanda ilə qarşılaşıb.

Görüş qolsuz heç-heçə ilə başa çatıb.

Bu nəticədən sonra xallarını 30-a çatdıran Ağdam klubu "Neftçi" ilə 1 - 2-ci yerləri bölüşdürür.

Günün ilk matçında "Səbail" evdə "Sabah"ı 2:0 hesabı ilə yenib.

Qeyd edək ki, tura fevralın 20-də oynanılacaq "Keşlə" - "Zirə" və "Neftçi" - "Qəbələ" görüşləri ilə yekun vurulacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}