21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
UEFA klubların yeni reytinqini açıqlayıb - Siyahı
Tarix: 20-02-2021 10:32 | Bölmə: İdman
UEFA klubların yeni reytinqini açıqlayıb

UEFA bu həftə avrokuboklarda keçirilən oyunlardan sonra klubların yeni reytinqini açıqlayıb.

Reyting.az
xəbər verir ki, oynanılan qarşılaşmalar reytinq cədvəlində müəyyən dəyişikliklərə səbəb olub.

Azərbaycan klubları arasında “Qarabağ” ən yaxşı göstəriciyə malik olan komandadır. Mövqeyi dəyişməz qalan Ağdam təmsilçisi 21,000 xalla “Feyenoord” (Niderland), LASK (Avstriya) və “Styaua” (Rumıniya) ilə birgə 67-70-ci pillələri bölüşdürür.

“Qəbələ” isə 5,500 xalla 209-217-ci yerləri bölüşür. Mövqeyini qoruyan təmsilçimizlə “Riqa” (Latviya), “Proqres” (Lüksemburq), “Honved” (Macarısta), “Vaduts” (Lixtenşteyn), “Kalyu” (Estoniya), HİK (Finlandiya), “Lütsern” (İsveçrə), “Vitorul” (Rumıniya) və “Domjale”nin (Sloveniya) eyni xalı var.

"Qarabağ" və "Qəbələ"dən fərqli olaraq, “Neftçi” reytinqdə geriləyib. Paytaxt klubu 244-248-ci yerləri bölüşür. Komandanın şərikləri “Dunayska Ştreda” (Slovakiya), “KuPS” (Finlandiya), “Dinamo” (Belarus), “Ararat Armeniya” (Ermənistan) və “Hafnarfyordur” (İslandiya) klublarıdır.

Azərbaycanın digər klubları - “Keşlə”, “Sumqayıt”, “Səbail”, “Zirə” və “Kəpəz” 2,500 xalla 301-ci yerə şərikdirlər.

Qeyd edək ki, siyahıya “Bavariya” (127,000) başçılıq edir. "Barselona" (121,000) 2-ci, "Yuventus" (118,000) 3-cüdür.(Qol.az)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər