“Qalatasaray” ölkə çempionatında 7-ci qələbəsini qazanıb
Tarix: 20-02-2021 23:55 | Bölmə: İdman
“Qalatasaray” ölkə çempionatında 7-ci qələbəsini qazanıb

Türkiyə Superliqasında 26-cı turun oyunları davam edir.

Reyting.az
xəbər verir ki, bu gün daha 4 matç keçirilib.

“Qalatasaray” “Alanyaspor”un qonağı olub və 1:0 hesabı ilə qalib gəlib. Bununla da İstanbul təmsilçisi ölkə çempionatında ardıcıl 7-ci qələbəsini qazanıb.

Bu nəticədən sonra "Qalatasaray" 54 xalla (25 oyun) 1-ci, "Beşiktaş" 51 xalla (24 oyun) 2-ci, "Fənərbaxça" eyni xalla (24 oyun) 3-cüdür.

20 fevral

"Kasımpaşa" – "Fatih Karagümrük" - 3:2
Qollar: Telin, 20, Erdoğan, 59, 68 – Roko, 14, Kastro, 80

"Dənizlispor" – "Gənclərbirliyi" - 1:0
Qol: Mesanoviç, 19

"Yeni Malatyaspor" – "Konyaspor" - 2:3
Qollar: Büyük, 24, 45+3-pen – Diomande, 72, Çikalleşi, 80, 84

"Alanyaspor" – "Qalatasaray" - 0:1
Qol: Kılınc, 18.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}