Ronaldonun qolu "Yuventus"u bərabərlikdən xilas etməyib
Tarix: 28-02-2021 09:12 | Bölmə: İdman
Ronaldonun qolu "Yuventus"u bərabərlikdən xilas etməyib

"Yuventus" A seriyasında növbəti matçına çıxıb.

Reyting.az
xəbər verir ki, Turin təmsilçisi 23-cü turda "Verona"nın qonağı olub.

Görüşün ilk hissəsində qapılara qol vurulmayıb. Hesabı 49-cu dəqiqədə Kriştiano Ronaldo açıb. Ev sahiblərinin futbolçusu Antonin Barak 77-ci dəqiqədə bərabərlik qolunu vurub. Bütün səylərə baxmayaraq, "Yuventus" topu yenidən qapıdan keçirə bilməyib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə nəticələnib.

Qeyd edək ki, "Yuventus" turnir cədvəlində 46 xalla 3-cü, "Verona" isə 35 xalla 9-cudur.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}