21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Baş hakimin karyerası başa çatır
Tarix: 12-03-2021 19:05 | Bölmə: İdman
Baş hakimin karyerası başa çatır

Bəynəlxalq dərəcəli hakim Orxan Məmmədov Azərbaycan Premyer Liqasının həftəsonu keçiriləcək “Qarabağ”-“Sabah” qarşılaşmasında sonuncu dəfə də baş hakim kimi meydana çıxacaq.

Reyting.az
xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Bundan sonrakı karyerasını həvəskar və qadın hakimlərin təlimatçısı kimi davam etdirməyə qərar verən O. Məmmədov imtahanları uğurla verəcəyi təqdirdə 2021/2022-ci illər mövsümündən hakim-inspektor kimi Premyer Liqa oyunlarına təyinat ala biləcək.

Xatırladaq ki, 2005-ci ildən hakimlik karyerasına başlayan sabiq FİFA referisi 2008-2010-cü illərdə hakim köməkçisi, 2015-2017-ci illərdə isə baş hakim kimi beynəlxalq oyunlara təyinat alıb.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər