"Zirə" "Keşlə" ilə heç-heçəyə razılaşıb
Tarix: 11-04-2021 18:52 | Bölmə: İdman
"Zirə" "Keşlə" ilə heç-heçəyə razılaşıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.

Reyting.az
xəbər verir ki, "Zirə" evdə autsayder "Keşlə" ilə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə başa çatıb.

Bu nəticədən sonra xallarını 32-yə çatdıran meydan sahibləri 3-cü pillədə mövqeyini qoruyub. Qonaqlar isə 19 xalla sonuncu sırada qalıb.

Tura bu gün saat 19:15-də başlayacaq "Qarabağ" - "Sumqayıt" matçı ilə yekun vurulacaq.

Qeyd edək ki, ötən gün baş tutan görüşlərdə "Qəbələ" evdə "Neftçi" ilə 2:2, "Sabah" isə "Səbail"lə 0:0 hesablı heç-heçəyə razılaşıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}