Rəqibi idmançımızla döyüşü davam etdirə bilməyib
Tarix: 12-04-2021 07:36 | Bölmə: İdman
Rəqibi idmançımızla döyüşü davam etdirə bilməyib

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov növbəti görüşünü keçirib.

Reyting.az
xəbər verir ki, N. Abbasov Moskvada keçirilən “AMC Fight Night100” döyüş gecəsində Rusiya təmsilçisi, sərbəst güləş üzrə yeniyetmələr arasında Avropa çempionu Şamil Amirovla üz-üzə gəlib. Amirov üçüncü raundda idmançımızın zərbələri qarşısında duruş gətirə bilməyərək döyüşü davam etdirmək istəməyib. Beləliklə, Abbasov görüşü texniki nokautla başa vurub. Bununla da yüngül çəki dərəcəsində (70,3 kq) çempion kəmərinin sahibi olan Azərbaycan təmsilçisi titulunu qoruyub.

Görüş aprelin 10-da keçirilməli idi. Lakin həmin vaxt döyüş gecəsi çoxsaylı MMA azarkeşlərinin pandemiya şərtlərini pozaraq zalı tam doldurmaları səbəbindən təxirə salınıb.

Xatırladaq ki, Nəriman Abbasov daha əvvəl 2020-ci ilin sentyabrında Rusiyanın daha bir təmsilçisi Mixail Qoqitidzeyə qalib gəlib.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}