“Sabah” afrikalı futbolçu ilə müqavilə bağlayıb
Tarix: 12-04-2021 12:45 | Bölmə: İdman
“Sabah” afrikalı futbolçu ilə müqavilə bağlayıb

“Sabah” komandada icarə əsasında çıxış edən Tiemoko Fofananın transfer hüququna yiyələnib.

Reyting.az
xəbər verir ki, bu barədə “Sabah” futbol klubu məlumat yayıb.

Məlumata görə, futbolçunun keçidi ilə bağlı Finlandiyanın “İlves” klubu ilə razılıq əldə olunub. 21 yaşlı hücumçunun özü ilə yeni, 3 illik müqavilə bağlanıb.

Fil Dişi Sahilindən olan futbolçu bu ilin yanvar ayında “İlves”dən icarəyə götürülmüşdü. Fofana cari mövsümdə Azərbaycan Premyer Liqasında 8 oyun keçirib, 1 qola imza atıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}