"Mançester Yunayted" Ronaldu ilə Poqbanı dəyişmək istəyir
Tarix: 13-04-2021 16:32 | Bölmə: İdman
"Mançester Yunayted" Ronaldu ilə Poqbanı dəyişmək istəyir

İngilttərənin "Mançester Yunayted" klubu İtaliya "Yuventus"unda çıxış edən Kriştianu Ronaldunun transferi üçün aparıcı futbolçularının birindən imtina edə bilər.

"Calcimercato" nəşri xəbər verir ki, "qırmızı şeytanlar" 36 yaşlı portuqaliyalı hücumçuya görə Pol Poqbanı göndərməyi planlaşdırır.

Mançester təmsilçisi Ronaldu ilə Poqbanı dəyişdirmək niyyətindədir.

Fransalı yarımmüdafiəçinin meneceri 2022-ci ildə başa çatacaq müqaviləni yeniləmək istəmədiklərini söyləyib.

Qeyd edək ki, Kriştianu Ronaldu 2003 - 2009-cu illərdə "Mançester Yunayted"in formasını geyinib. O, üç dəfə Premyer Liqada, bir dəfə ölkə kubokunda və Superkubokda qalib olub. Ulduz futbolçu İngiltərə təmsilçisinin heyətində Çempionlar Liqasını və klublararası dünya çempionatını, həmçinin ilk dəfə "Qızıl top"u qazanıb.

Ronaldunun "Yuventus"la müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır. Portuqaliyalı oyunçunun illik məvacibi ildə 31 milyon avrodur. Forvard Turin klubuna 2018-ci ilin iyulunda İspaniyanın "Real Madrid" klubundan 117 milyon avroya keçib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}