Çempionlar Liqasında yarımfinalçılar müəyyənləşəcək
Tarix: 14-04-2021 09:42 | Bölmə: İdman
Çempionlar Liqasında yarımfinalçılar müəyyənləşəcək

Bu gün Çempionlar Liqasında son 2 yarımfinalçı müəyyənləşəcək.

Reyting.az
xəbər verir ki, 1/4 finalın ilk oyununda "Liverpul"a Madriddə 3:1 hesabı ilə qalib gələn "Real" bu dəfə "mersisaylılar"la səfərdə qarşılaşacaq.

Bir həftə öncə "Mançester Siti"yə İngiltərədə 1:2 hesabı ilə uduzan "Borussiya" isə adını yarımfinala yazdırmaq üçün son şanslarını Dortmundda istifadə edəcək.

Qeyd edək ki, ötən gecə PSJ və "Çelsi" növbəti mərhələyə adlayıb.

UEFA Çempionlar Liqası, 1/4 final, cavab oyunları

14 aprel

23:00. "Borussiya" Dortmund (Almaniya) - "Mançester Siti" (İngiltərə)

İlk oyun - 1:2

23:00. "Liverpul" (İngiltərə) - "Real Madrid" (İspaniya)

İlk oyun - 1:3

13 aprel

23:00. "Çelsi" (İngiltərə) - "Portu" (Portuqaliya) - 0:1

İlk oyun - 2:0

23:00. PSJ (Fransa) - "Bavariya" (Almaniya) - 0:1

İlk oyun - 3:2.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}