17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Tokio Yay Olimpiya Oyunları ləğv oluna bilər
Tarix: 15-04-2021 12:46 | Bölmə: İdman
Tokio Yay Olimpiya Oyunları ləğv oluna bilər

Tokio Yay Olimpiya Oyunlarının tamamilə ləğv edilməsi gündəmə gəlib.

Bunu Yaponiyanın hakimiyyətdə olan Liberel-demokratik partiyasının baş katibi Tosihiro Nikai açıqlayıb.

O bildirib ki, koronavirusla bağlı ölkədəki vəziyyət pisləşərsə, Olimpiya Oyunlarının ləğvi hadisələrin inkişaf variantlarından biri olacaq: “Əgər yarışların təhlükəsiz keçirilməsi mümkünsüzdürsə, turnir ləğv olunmalıdır. Yarışın təşkili infeksiyanın yayılması ilə nəticələnəcəksə, Olimpiadanın mənası nədir? Bu mərhələdə biz qərar qəbul etməli olacağıq”Apasport

Qeyd edək ki, ötən il keçirilməli olan Olimpiya Oyunları koronavirus səbəbindən təxirə salınıb və iyulun 23-dən avqustun 8-dək keçirilməlidir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}