Çempionlar Liqasında yarımfinal mərhələsinin təqvimi açıqlanıb
Tarix: 15-04-2021 14:56 | Bölmə: İdman
Çempionlar Liqasında yarımfinal mərhələsinin təqvimi açıqlanıb

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin təqvimi bəlli olub.

Məlumata görə, İngiltərə təmsilçiləri "Çelsi" və "Mançester Siti" ilk oyunlarını səfərdə keçirəcək.

"Zadəganlar" aprelin 27-də ispaniyada "Real Madrid", "şəhərlilər" isə 1 gün sonra Fransada PSJ ilə üz-üzə gələcəklər.

Komandalar arasında cavab matçları isə 4-5 mayda olacaq. İlk oyun günündə "Mançester Siti" - PSJ, növbəti gündə isə "Çelsi" - "Real Madrid" matçları oynanılacaq.

Qeyd edək ki, final oyunu mayın 29-da Türkiyənin İstanbul şəhərində keçiriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}