“Bavariya”nın yeni baş məşqçisinin adı açıqlanıb
Tarix: 06-10-2017 20:56 | Bölmə: İdman / Xəbərlər
“Bavariya”nın yeni baş məşqçisinin adı açıqlanıb

“Bavariya”nın yeni baş məşqçisi məlum olub.

Reyting.az saytı apasport.az-a istinadla xəbər verir ki, Karlo Ançelottinin istefasından sonra boşalan vakant posta Yup Haynkes gətirilib.

Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, 72 yaşlı mütəxəssis bununla 4-cü dəfə münhenliləri çalışdıracaq. O, daha əvvəl 1987-1991, 2009, 2011-2013-cü illərdə bu vəzifədə işləyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}