17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Türkiyə millisinin müdafiəçisi: "Azərbaycan xalqı bizi tək qoymadı"
Tarix: 19-06-2021 17:30 | Bölmə: İdman
Türkiyə millisinin müdafiəçisi: "Azərbaycan xalqı bizi tək qoymadı"

"Qarşıda daha bir oyunumuz var və bu matça tam hazır olmalıyıq. Qrupu 3-cü pillətə başa vurmaq üçün əlimizdən gələni etməliyik".

Bu fikirləri Türkiyə millisinin futbolçusu Mert Müldür İsveçrəyə qarşı AVRO-2020-nin A qrupunun III tur matçı barədə danışarkən deyib.

22 yaşlı müdafiəçi görüşün çətin keçəcəyini bildirib: "Hamımız məyusuq, amma toparlanmaq lazımdır. Bu oyun bizim üçün önəmlidir. Ümid edirəm ki, qələbə qazanacağıq".

İtaliyanın "Sassuolo" klubunda çıxış edən oyunçunun sözlərinə görə, qrupdakı 2 qarşılaşmanın Bakıda olması komandası üçün müsbət amildir: "Azərbaycan xalqı bizi tək qoymadı. Hər zaman yanımızda oldu. Fanatların tribunaya qayıtması bizi sevindirir. Həm türkiyəli, həm də azərbaycanlı tərəfdarlar daim bizə dəstək oldular. Onlara təşəkkür edirəm. İnanıram ki, nəticələrimiz yaxşı olmasa da, bizi dəstəkləyəcəklər. Komandaya inamlarını itirməsinlər"/Report.

Qeyd edək ki, 2 turdan sonra xalsız olan Türkiyə millisi A qrupunda sonuncu pillədə qərarlaşıb. "Ay-ulduzlular" qrupdakı son matçını iyunun 20-də Bakı Olimpiya Stadionunda İsveçrə yığmasına qarşı keçirəcək. Görüş saat 20:00-da başlayacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}