09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
AVRO-2020: Fransa-Macarıstan oyunu heç-heçə ilə yekunlaşıb
Tarix: 19-06-2021 19:01 | Bölmə: İdman
AVRO-2020: Fransa-Macarıstan oyunu heç-heçə ilə yekunlaşıb

Bu gün Avropa çempionatının F qrupunda Fransa millisi Macarıstanla qarşılaşıb.

Reyting.az
xəbər verir ki, Budapeştdəki "Puşkaş Arena"da keçirilən oyun sülhlə bitib - 1:1.

Görüşdə ilk qolu macarlar vurublar. Attila Fiola ilk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə rəqibi məyus edib. Birinci yarı bu hesabla yekunlaşıb. İkinci hissədə hücumların kəsərini artıran fransızlar 66-cı dəqiqədə tarazlığı bərpa ediblər. Antuan Qrizmann qapıçının qaytardığı topu dəqiq zərbə ilə tora göndərib.

Bu nəticədən sonra xallarını 4-ə çatdıran Fransa millisi liderliyə yüksəlib. İlk xalını qazanan Macarıstan yığması isə 3-cü pilləyə qalxıb.

Qeyd edək ki, bu qrupun digər matçında Portuqaliya və Almaniya yığmaları üz-üzə gələcəklər.




Bölməyə aid digər xəbərlər
11-06-2025, 21:06 Acun Ilıcalı istefa verib