Ronaldo “Mançester Yunayted”ə 2 ilə 58,3 milyon avro qazanacaq
Tarix: 28-08-2021 12:38 | Bölmə: İdman
Ronaldo “Mançester Yunayted”ə 2 ilə 58,3 milyon avro qazanacaq

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun “Mançester Yunayted”dəki maaşı bəlli olub.

Məlumata görə, 36 yaşlı hücumçu iki illik müqaviləsinə əsasən 58,3 milyon avro qazanacaq.

Onun İngiltərədəki illik maaşı 29,15 milyon avroya bərabərdir. Bu, Ronaldonun “Yuventus”dakı qazancından 2 milyon azdır.

Qeyd edək ki, Kriştiano 2003-09-cu illərdə də Mançester təmsilçisində oynayıb/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}