Azərbaycan paralimpiyaçıları 5-ci qızıl medalı qazanıb
Tarix: 28-08-2021 13:18 | Bölmə: İdman
Azərbaycan paralimpiyaçıları 5-ci qızıl medalı qazanıb

Azərbaycanın daha bir qadın paracüdoçusu Xanım Hüseynova Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.


Məlumata görə, 63 kq-da yarışan idmançı ukraynalı İrina Qusyeva ilə qarşılaşıb.

Rəqibinə vazari xalı ilə qalib gələn Hüseynova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bu, Azərbaycanın paralimpiadada 5-ci qızıl, ümumilikdə isə 7-ci medalı olub. Daha əvvəl paracüdoçulardan Vüqar Şirinli (60 kq), Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (57 kq), həmçinin üzgüçü Roman Saley paralimpiya çempionu olub. Digər paracüdoçu Namiq Abaslı (66 kq) və pauerliftinqçi Pərvin Məmmədov (49 kq) isə bürünc medala sahib çıxıblar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}