18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Super Liqa klubu baş məşqçi ilə vidalaşıb
Tarix: 30-08-2021 11:46 | Bölmə: İdman
Super Liqa klubu baş məşqçi ilə vidalaşıb

Türkiyənin “Adana Dəmirspor” klubu baş məşqçi Samet Aybaba ilə yollarını ayırıb. Reyting.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tərəflərin qarşılıqlı razılıq əsasında yollarını ayırdığı bildirilir. Aybabaya xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.

Aybaba 2021-ci ilin əvvəlindən “Adana Dəmirspor”u çalışdırırdı. O, bu komandanı 26 illik fasilədən sonra Super Liqaya çıxarmışdı. Mövsüm bitəndən sonra, bu ilin may ayında isə Aybaba ilə 2 illik yeni müqavilə imzalanmışdı.(Matc.az)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər