Tokio-2020: Lamiyə Vəliyeva gümüş medal qazanıb
Tarix: 31-08-2021 15:19 | Bölmə: İdman
Tokio-2020:  Lamiyə Vəliyeva gümüş medal qazanıb

Azərbaycanın para-atleti Lamiyə Vəliyeva Tokio-2020 Yay Paralimpiya Oyunlarında 15-ci medalını qazanıb.

Məlumata görə, o, 100 metr məsafəyə qaçışda gümüş medala sahib olub.

Vəliyeva məsafəni 11,99 saniyəyə qət edib. Bu, Azərbaycanın paralimpiadada qazandığı ilk gümüş medaldır.

Digər para-atletlərdən Yuliya Yanovskaya 12,30 saniyə ilə 4-cü, Yelena Çebanu isə 12,41 saniyə ilə 7-ci yeri tutub.

Qeyd edək ki, Azərbaycan komandası indiyədək 10 qızıl, 1 gümüş və 4 bürünc medal əldə edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}