12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Canni De Byazi: "Qol epizodunda topun aut xəttini keçdiyi açıq-aşkar görünürdü"
Tarix: 04-09-2021 22:25 | Bölmə: İdman
Canni De Byazi: "Qol epizodunda topun aut xəttini keçdiyi açıq-aşkar görünürdü"

"Qələbə qazanmaq üçün bir az təcrübə çatmadı"

Bu fikirləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə İrlandiya yığması ilə 1:1 hesablı heç-heçə etdikləri DÇ-2022-nin seçmə oyunundan sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis Azərbaycan komandasının oyununda inkişaf olduğunu sözlərinə əlavə edib: "Rəqibi çətin vəziyyətlərə saldıq. Onlar ikinci hissədə əvəzləmələrə əl atmalı oldu. Bizə də yeni güc lazım oldu, dəyişikliklər etdik. Buraxılan qol epizodunda topun aut xəttini keçdiyi açıq-aşkar görünürdü. Əgər bu, qeydə alınsaydı, indi başqa şeydən danışardıq”/Report.




Bölməyə aid digər xəbərlər
11-06-2025, 21:06 Acun Ilıcalı istefa verib