18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Cavid Həsənov: "Qızıl medal qazandığım üçün şadam"
Tarix: 07-09-2021 17:56 | Bölmə: İdman
Cavid Həsənov: "Qızıl medal qazandığım üçün şadam"

"Yarış meydançası, buradakı rahatlıq, yaradılan şərait çox xoşuma gəldi. Hər şey əladır".

Məlumata görə, bunu I MDB Oyunlarının qalibi olan Azərbaycanın stend atıcısı Cavid Həsənov deyib.

Dairəvi stenddə qızıl medal qazanan idmançı dəyişkən hava şəraitinin çıxışına mənfi təsir etmədiyini bildirib: "Əksinə, belə havanı sevirəm. Rəqiblərim güclü idi, hamısı layiqli mübarizə apardı. Yarışa yaxşı hazırlaşmışdım. Amma hər şey buradakı şəraitdən asılı idi. Qızıl medal qazandığım üçün şadam".

Həsənov qarşıdakı planlarından da söz açıb: "Əvvəlcə 5-10 gün dincəlməliyəm. Bundan sonra isə yenidən məşqlər başlayacaq. Məşqçim Emin Cəfərova təşəkkür edirəm. Demək olar ki, hər gün məşq edirik. Artıq irəliyə baxırıq. Görək, necə olacaq"/Report.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər