18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Milli komandamız Serbiyadan məğlub qayıdır
Tarix: 13-10-2021 08:51 | Bölmə: İdman
Milli komandamız Serbiyadan məğlub qayıdır

Futbol üzrə Azərbaycan milli komandası DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində səfərdə Serbiya yığmasıyla qarşılaşıb. “Rayko Mitiç” stadionunda keçirilən matçı Belçikadan olan hakimlər briqadası idarə edib. Dörd qolun qeydə alındığı bu qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Azərbaycan yığması seçmə mərhələdə yer aldığı A qrupunda 1 xalla sonuncudur. Serbiya yığması isə 17 xalla liderdir.

Qrupun digər matçında Portuqaliya yığması evdə Lüksemburq ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə də meydan sahibləri qələbəyə sevinən tərəf olub – 5:0.

DÇ-2022-nin seçmə mərhələsi
A qrupu, 8-ci tur
12 oktyabr


Serbiya – Azərbaycan 3:1
Qol: D.Vlahoviç, 30-pen; 53. D.Tadiç, 83-pen – E.Mahmudov, 45+2.
Baş hakim: Erik Lambrekts (Belçika)
Belqrad. “Rayko Mitiç” stadionu.

Xal durumu: Serbiya – 17, Portuqaliya – 16, Lüksemburq – 6, İrlandiya – 5, Azərbaycan – 1.

Reyting.az




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər