16:39 / 28-11-2024
Sabah qar yağacaq
“Neftçi”nin baş məşqçisi komandadan uzaqlaşdırılıb
Tarix: 27-12-2017 10:56 | Bölmə: İdman / Xəbərlər
“Neftçi”nin baş məşqçisi komandadan uzaqlaşdırılıb

“Komandanı mövsümə mən hazırlamışam. Heyəti də özüm formalaşdırmışam. Lakin 1 həftə əvvəl klubla müqaviləmə xitam verilib”.

Reyting.az saytı xəbər verir ki, bunu apasport.az-a açıqlamasında “Neftçi”nin sabiq baş məşqçisi Ziya Rəcəbov deyib.

Gənc mütəxəssis ötən həftə tutduğu vəzifədən ayrılıb. Onun “ağ-qaralar”dan ayrılmasında isə sələfi Elçin Orucov xüsusi rolu olub. Belə ki, Rəcəbovun gəlişindən sonra inzibati direktor təyin olunan çalışdırıcı çempionatın startı ərəfəsində yenidən postuna qayıdıb. Bunu onun istəyi ilə edildiyi bildirilir.

“Neftçi”nin baş məşqçisi komandadan uzaqlaşdırılıb

Rəcəbov isə klubdan ayrılan zaman hansısa problemlə üzləşmədiyini deyib. Onun sözlərinə görə, komandadan ayrılmasında büdcənin də rolu olub. Çünki Orucov da komandada yer aldığından rəhbərlik hər 2 mütəxəssisi “Neftçi”də saxlamaq istəməyib. Elçinin “Neftçi”ni 8 dəfə ölkə çempionu etməsi, həmçinin əməkdar məşqçi olması əsas gətirilərək, Rəcəbovla yollar qarşılıqlı razılıq əsasında ayrılıb.

Qeyd edək ki, “Neftçi” ölkə çempionatının ilk turunda “Lokomotiv”ə 0:3 hesabı ilə məğlub olub.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib
26-11-2024, 21:38 Ordubadda zəlzələ olub

bütün xəbərlər