16:39 / 28-11-2024
Sabah qar yağacaq
"Qalatasaray"a növbədənkənar prezident seçiblər
Tarix: 20-01-2018 22:19 | Bölmə: İdman / Xəbərlər
"Qalatasaray"a növbədənkənar prezident seçiblər

Bu gün Türkiyənin "Qalatasaray" idman klubunda növbədənkənar prezident seçkiləri keçirilib.

Reyting.az APA-ya istinadla xəbər verir ki, seçkidə klubun hazırkı prezidenti Dursun Özbək və onun yeganə rəqibi Mustafa Cengiz mübarizə aparıblar.

Seçkinin nəticələri gözlənilməz olub və klub rəhbərliyini şoka salıb. Belə ki, Mustafa Cengiz 1703 səs alaraq "Qalatasaray" klubunun 37-ci prezidenti seçilib. Dursun Özbək isə 1623 səs toplayıb.

Qeyd edək ki, D. Özbəkin səlahiyyət müddəti bu ilin may ayında bitəcəkdi. Lakin o, futbol komandasının Super Liqada uğursuz nəticələr almasından sonra fövqəladə seçki keçirmək barədə qərar qəbul edib. D. Özbək seçiləcəyi təqdirdə 3,5 il bu vəzifədə qalacağını bildirmişdi. M. Cengiz isə may ayında yenidən seçki keçirəcəyini elan etmişdi. Beləliklə, mayda "Qalatasaray"da yenidən prezident seçkisi gözlənilir.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib
26-11-2024, 21:38 Ordubadda zəlzələ olub

bütün xəbərlər