16:39 / 28-11-2024
Sabah qar yağacaq
"Neftçi"nin prezidenti: “Komanda son turlar özünə gəlir”
Tarix: 04-03-2018 18:34 | Bölmə: İdman / Xəbərlər
"Neftçi"nin prezidenti: “Komanda son turlar özünə gəlir”

“Neftçi"nin prezidenti Kamran Quliyev Topaz Premyer Liqanın 18-ci turunda "Qəbələ" ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Reyting.az xəbər verir ki, Kamran Quliyev “Qəbələ” ilə qarşılaşmadan danışarkən “Çətin oyun oldu”,- deyib:

- İlk olaraq topa biz nəzarət edirdik. Sonra "Qəbələ" üstünlüyü ələ aldı. Gözlənilmədən qol buraxdıq. Elə epizodda top buraxdıq ki, oyunun gedişinə mənfi təsir edən bir şey idi.

Ancaq komanda ikinci hissədə toparlandı. Görünür, baş məşqçi fasilədə paltardəyişmə otağında lazımi sözləri tapıb, tapşırıqlarını verib. Əsas odur ki, qələbə qazandıq, aktivimizə 3 xal yazdırdıq. Avropa Liqasına şansımız var, bunun uğrunda mübarizəni davam etdiririk. Komanda ümidlənir, ab-hava düzəlir. "Qəbələ" kimi güclü komandanı səfərdə məğlub etdik. Burdan tək-tük komanda xal apara bilir. Amma biz 3 xal apardıq.

- Bu nəticəni gözləyirdinizmi?

- Bəli. Komanda son turlar özünə gəlir. Bu, mənim gəlişimlə əlaqəli deyil. Qışda problemlər olmuşdu. Ondan sonra komanda öz oyununu tapmaqdadır.

- Əvvəlki "Neftçi"nin qayıdacağına ümid etmək olar?


- Əlbəttə, ümidlənmişik. Çətin rəqibə qarşı çıxış edirdik. Bu, bizim gücümüzün 60-70 faizidir. Hesab edirəm ki, bundan da yaxşı performans ortaya qoya bilərik.

- Qış fasiləsində "Neftçi" hücum xəttinə Lukas Qomeşin transferini gerçəkləşdirdi. Amma yenə də qolları Mirabdulla Abbasov vurur...


- Bu, çox yaxşı haldır. Mirbadullanın bu çıxışı bizi sevindirir.

- Siz paltardəyişmə otağına daxil olduqdan sonra alqış sədaları eşidildi. Deyəsən, yaxşı mükafat vəd etmişdiniz?


- Patardəyişmə otağında hamını təbrik etdim.

İkincisi, hamı təkcə mənə görə yox, qələbəyə görə sevinirdi. Təbii ki, stimul olmalıdır ki, motivasiya yüksək olsun.

Amma biz ilk növbədə klubdakı ab-hava ilə məşğuluq. Bu da yavaş-yavaş özünü büruzə verir.

- Fasiləyə məğlub durumda yollandınız. Sizcə, birinci hissədə nə çatmırdı?

- Özünəinam. "Neftçi"nin hər futbolçusu bu komandanın formasını geyindiyini bilməli və istənilən rəqibə qarşı inamla mübarizə aparmalıdır. Düzdür, bizdə nisbətən bir neçə gənc oyunçu var. Onların oyununda həyəcan görünür. Ancaq belə əzmkar qələbələr xarakter göstərməklə mümkün olur. Bu da onlara əlavə stimul verir.

- Sizcə, oyunun qəhrəmanı kimdir?

- Bunu demək istəmirəm. Çünki qələbədə hər kəsin böyük rolu oldu. Heç kimi ayrı-ayrılıqda qeyd etmirik.

- Nə vaxtsa Avroliqa uğrunda "Sumqayıt"la mübarizə aparacağınız ağlınıza gələrdi?


- 15 dəqiqədən sonra nə olacağını bilmirəm. Gələcəyi bilmək olmur. Amma belə maraqlı mübarizə gedir.





Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib
26-11-2024, 21:38 Ordubadda zəlzələ olub

bütün xəbərlər