16:39 / 28-11-2024
Sabah qar yağacaq
“Liverpul”- "Roma" oyunu 5:2 hesabı ilə bitib
Tarix: 25-04-2018 08:33 | Bölmə: İdman / Xəbərlər
“Liverpul”- "Roma" oyunu 5:2 hesabı ilə bitib

Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.


İlk görüş İngiltərədə keçirilib.

Çoxlarının gözləmədiyi halda bu mərhələyə qədər gələn “Liverpul” qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olmuş “Roma”nı qəbul edib. İtaliya təmsilçisi də yarımfinala sürpriz şəkildə yüksəlib.

Yurgen Kloppun rəhbərlik etdiyi “mersisaydlılar” 69 dəqiqəyə rəqin qapısından 5 qol keçiriblər. Sona yaxın toparlanan "Roma" bu qollardan ikisinin əvəzini çıxa bilib - 5:2.

Qeyd edək ki, sabah yarımfinalın digər ilk oyununda “Bavariya” “Real”ı qəbul edəcək.

24 aprel

Çempionlar Liqası

Yarımfinalın ilk oyunu


"Liverpul" (İngiltərə) - "Roma" (İtaliya) - 5:2
Qollar: Məhəmməd Salah, 36 (1:0), 45+1 (2:0), Mane, 57 (3:0), Firmino, 62 (4:0); 69 (5:0), Dzeko, 81 (5:1), Perotti, 85-pen (5:2)
Hakimlər: Feliks Brix, Mark Borş, Ştefan Lup, Markus Xeker

Köməkçi hakimlər: Bastian Dankert, Marko Frits

25 aprel

22:45."Bavariya" (Almaniya) - "Real" (İspaniya).(Qol.az)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib
26-11-2024, 21:38 Ordubadda zəlzələ olub

bütün xəbərlər