16:39 / 28-11-2024
Sabah qar yağacaq
"Roma"-"Liverpul" oyununda 6 qol vurulub
Tarix: 03-05-2018 08:19 | Bölmə: İdman / Xəbərlər
"Roma"-"Liverpul" oyununda 6 qol vurulub

Ötən gecə Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu keçirilib.

İtaliya "Roma" komandası "Liverpul"la qarşılaşıb.

Qeyd edək ki, ilk oyunda ingilis komansı 5-2 hesabı ilə qəzləbə qazandığından "Roma"nın cavab görüşündə çətin mərhələyə adlayacağı gözlənilirdi. Lakin "Roma"lılar az qala "Barselona" ilə oyundakı möcüzəni təkrarlayacaqdı.

Belə ki, hesabı 9-cu dəqiqədə "Liverpul"un hücumçusu Sadio Mane açıb. Bundan 6 dəqiqə sonra hesab bərabərləşib. Ceyms Milnerin avtoqolu "Roma"ya bərabərlik gətirib. 25-ci dəqiqədə Klopun yetirmələri yenidən irəli çıxsa da, 52-ci dəqiqədə "Roima"lı Edin Ceko yenə bərabərliyi təmin edib. 86-cı dəqiqədə "Roma" üstünlüyü ələ alaraq daha bir qol vurub. Bu qoldan sonra daha da təzyiqi artıran "Roma" 90-cı dəqiqədə penalti ilə 4-cü qolu vurub.

Lakin əlavə vaxtda italiyanlar daha bir qol vuraraq oyunu uzatmaya apara bilməyiblər. - 4:2.

Beləliklə, "Liverpul" mayın 26-da Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək finalda "Real Madrid"ə rəqib olub.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib
26-11-2024, 21:38 Ordubadda zəlzələ olub

bütün xəbərlər