11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
İngilislər Panamanı acı məğlubiyyətlə üzləşdirib - Hesab
Tarix: 25-06-2018 00:12 | Bölmə: İdman / Xəbərlər
İngilislər Panamanı acı məğlubiyyətlə üzləşdirib

Dünya Çempionatı (DÇ-2018) çərçivəsində Nijniy Novqorod stadionunda İngiltərə və Panama yığmaları qarşılaşıb.

Tunisi 2-1 hesabı ilə məğlub edən ingilislər Belçikaya 3-0 uduzmuş Panama millilərini qol yağışına tutublar.

Belə ki, oyunun 8-ci dəqiqəsində Con Stons dəqiq baş zərbəsi ilə İngiltərəni önə çıxarıb - 1-0.

Bu qoldan 12 dəqiqə sonra Harri Keyn penalti zərbəsi ilə komandasının ikinci qolunu vurub - 2-0.

36-cı dəqiqədə Linqard, 40-cı dəqiqədə isə Stones daha bir qol vuraraq hesabı 4:0-a çatdırıblar.

Bu qoldan 4 dəqiqə sonra isə Misirli hakim Panamanın qapısına daha bir penalti təyin edib. Keyn penaltini dəqiq yerinə yetirib – 5:0.

İlk hissə bu hesabla başa çatıb.

62-ci dəqiqədə Keyn daha bir qola imza atıb - 6-0:

Bu qoldan sonra baş məşqçi onu əvəzləyib.

77-ci dəqiqədə Panama bu qollardan birinin əvəzini çıxıb - 6:1.

Oyun bu hesabla başa çatıb.

Bu qələbə sayəsində xalını 6-ya çatdıran İngiltərə 1/8-ə çıxıb. Panama isə Tunis kimi xalsız olmaqla yanaşı, bütün şansını itrib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}