16:39 / 28-11-2024
Sabah qar yağacaq
Rusiyanın milli komandası məğlub olub
Tarix: 25-06-2018 20:16 | Bölmə: İdman / Xəbərlər
Rusiyanın milli komandası məğlub olub

Bu gün Dünya Çempionatı çərçivəsində A qrupunda iki oyun keçirilir.

Qrupda ev sahibi Rusiya Uruqvayla, Misir isə Səudiyyə Ərəbistanı üz-üzə gəliblər.

Rusiya Uruqvay oyununda 10-cu dəqiqədə Luis Suarez möhtəşəm cərimə zərbəsi ilə hesabı açıb - 0:1.

Bu qoldan 13 dəqiqə sonra isə Uruqvay daha bir qol vurub. Daha dəqiqi, Çereşevin avtoqolu ilə fərq artıb - 0:2.

Oyunun 36-cı dəqiqəsində isə Rusiya yığması meydanda 10 nəfər qalıb. Belə ki, Smolnikov ikinci sarı kart alaraq, meydandan qovulub.

89-cu dəqiqədə isə Uraqvayın ulduzu Kavani 3-cü qolu rusların qapısından keçirib - 3:0.

Oyun bu hesabla başa çatıb və Uraqvay qrupun lideri olub.

***

Misirlə Ərəbistanın qarşılaşmasında isə hesabı ilk olaraq Misir açıb.


Belə ki, Məhəmməd Salah 22-ci dəqiqədə hesabı açıb. Lakin birinci hissəyə əlavə edilmiş 6-cı dəqiqədə Əl-Faraj penalti zərbəsi ilə hesaba tarazlıq gətitrib - 1-1.

Oyunun əsas vaxtına əlavə eidlmiş son dəqiqədə isə Ərəbistan fərqi artırıb - 1-2.

Oyun bu hesabla bitib.

Onu da qeyd edək ki, bu gecə Bakı vaxtı ilə saat 22.00-da B qrupunda isə İspaniya-Mərakeş və Portuqaliya-İran milliləri üz-üzə gələcəklər.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib
26-11-2024, 21:38 Ordubadda zəlzələ olub

bütün xəbərlər