“Qəbələ” komandası öz meydanında məğlub olub
Tarix: 12-07-2018 21:59 | Bölmə: İdman / Xəbərlər
“Qəbələ” komandası öz meydanında məğlub olub

Avropa Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları davam edir.

Bu gün Premyer Liqamızın gümüş mükafatçısı “Qəbələ” də mübarizəyə başlayıb.

"Qırmızı-qaralar" öz meydanında Lüksemburqun “Proqres” klubunu qəbul edib. Təmsilçimiz yeni baş məşqçi Sənan Qurbanovun ilk rəsmi matçında rəqibinə uduzub - 0:2.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 19-da Lüksemburqda keçiriləcək.

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyun

12 iyul

20:00. “Qəbələ” (Azərbaycan) – “Proqres” (Lüksemburq) - 0:2

Qollar: Almeyda, 51, Olivier Thill, 62

Hakimlər: Vyaçeslav Banari, Vasile Ermişin, Dumitru Çiobanu, Andrey Kojokaru (hamısı Moldova)Qəbələ. Şəhər stadionu.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}